Ukrayna öz dəmir yollarını Almaniyanın idarəetməsinə verir – 10 il müddətinə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna hökuməti «Ukrzaliznıtsıya» SC-ni 10 il müddətinə Almaniya milli dəmir yolları operatoruna (Deutsche Bahn AG) idarəetməyə vermək niyyətindədir. Ukrayna KİV-nin yazdığına görə, bu barədə bəyanatla Baş nazir Aleksey Qonçaruk Davos İqtisadi Forumunda «Ukrayna səhər yeməyi» zamanı çıxış edib.

«Bəli, biz istəyirik ki, dəmir yollarını 10 il müddətinə almanlara verək» – deyə, «Ekonomiçeskaya pravda» Qonçarukdan sitat gətirir.

«Bu, ekosistem qərarıdır və göstərməlidir ki, Ukrayna investisiya üçün, dünya üçün, yeni standartlar üçün görünməmiş dərəcədə açıqdır» – Qonçaruk bildirib.

Hökumət başçısı əlavə edib ki, danışıqlar prosesinin gedişində hələ detalları müzakirə etmək və razılaşdırmaq lazımdır. Ancaq buna yönəlik siyasi qərar artıq qəbul oluub.

  DİGƏR XƏBƏRLƏR