Uşaqlarının atası olmadığını 13 il sonra öyrəndi

Türkiyənin Antalya şəhərində həyat yoldaşından boşanan atanın uşaqlara görə aliment ödəyə bilməməsi maraqlı məsələləri ortaya çıxarıb. N.O. 13 ildən sonra övladlarının bioloji atası olmadığını öyrənib.

Bizimyol.info xəbər verir ki, antalyalı kişi boşanandan bir az sonra iflasa uğrayıb. Hər uşağa görə 300 lirə (təxminən 90 manat) aliment ödəmək problemə çevrilib. Keçmiş həyat yoldaşı məhkəməyə müraciət edib və daha böyük tələb (hər uşağa görə 750 lirə) ortaya qoyub. Bu arada qadının ona xəyanət etdiyini öyrənən N.O. DNT analizi şansını yoxlamaq qərarına gəlib. Nəticələr onun uşaqların atası olmadığını dəqiqləşdirib.

Son məhkəmə iclasında qadın gözə dəyməyib. Burada kişi atalıq məsuliyyətindən azad olunub. Amma N.O. bununla kifayətlənməyəcək. O, iddia ərizəsi hazırlayır və keçmiş həyat yoldaşından maddi təzminat tələb etmək fikrindədir.

  DİGƏR XƏBƏRLƏR