Vodonayeva Putinin ideyasını tənqid etdi: “Ancaq bir şüşə araq haqda düşünən ruslar…”

Rusiyalı teleaparıcı Alyona Vodonaeva İnstaqramdakı yeni postunda hazırda Vladimir Putinin rəhbərliyi ilə hökumətin həll etməyə çalışdığı Rusiyadakı demoqrafik vəziyyət problemini müzakirə etmək qərarına gəlib.
Qaynarinfo xatırladır ki, Rusiya lideri Vladimir Putin Federal Məclisə göndərdiyi mesajda ilk uşağının doğuşundan dərhal sonra analıq kapitalının ödənilməsini təklif edib.
Çıxışı zamanı prezident bildirib ki, Rusiyada analıq kapitalı proqramı 2026-cı ilin sonunadək uzadılacaq və ilk uşaq dünyaya gələndə ödənməyə başlayacaq. Kapitalın miqdarı 466 min 617 rubl (12 899,7 azn), ikinci uşaq doğulanda isə 150 min rubl (4 146,77 azn) artırılacaq. Üçüncü uşağın dünyaya gəlməsi ilə dövlət ailəyə ipoteka üçün 450 min rubl da (12 440,3 azn) ödəyəcək.
Rus şou-biznesinin əksər ulduzlarından fərqli olaraq, Vodonayeva dəyişikliklərə və yeniliklərə tərif yağdırmayıb. O, problemin ana kapitalının miqdarında deyil, ölkədə ailələrin həyat səviyyəsində olduğuna inandığını bildirib.
Növbəti statusunda Vodonayeva bu mövzuya münasibətini açıqlayıb.
Məşhur aparıcının sözlərinə görə, indi yoxsulluq həddindən aşağı olan ailələr dövlət pulunu almaq üçün uşaq doğmağa başlayacaqlar.
Vodonaeva yazıb:
“Bu milyonlar gələcək nəsilləri ölümcül risk altına salır, nəzərə alanda ki, ömrü boyu bir şüşə araq haqda düşünən bu yoxsullq əlində çarəsiz qalmış ruslar, yaxud qara camaat elə bu milyonların xətrinə doğub-törəməyə başlayacaq”.
Bu vəziyyətdə, onun sözlərinə görə, nə 5, nə 11 min rubl, hətta məktəblərdə pulsuz isti yemək də xilas yolu deyil. Bloqçu qeyd edib ki, ruslar özlərini və uşaqlarını birtəhər qidalandırmaq üçün kredit götürəcək və bunu nəsildən-nəslə ötürəcəklər.
“Bizim problemimiz uşaq bağçaları, məktəblər, səhiyyə və mütəxəssislərdir. Hansı doğuşdan söhbət gedir, əziz dostlar?” – aparıcı əsəbiləşərək deyib və əlavə edib ki, məktəblərdə yeməklərə göz yaşı axıtmadan baxmaq mümkün olmayacaq.

  DİGƏR XƏBƏRLƏR