Yer kürəsinə diametri bir km olan asteroid yaxınlaşır

Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır. Diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək.
Bu barədə NASA xəbər yayıb.
Asteroid fevralın 15-də Yerə ən yaxın məsafədə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərki məsafədən 15 dəfə uzaqdır.
163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş traektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan “Apollonlar” qrupuna aiddir.Bildirilir ki, planetimizə yaxın növbəti belə tipli asteroidin uçuşu 2075-ci ildə gözlənilir.

  DİGƏR XƏBƏRLƏR