Almaniya Əlövsət Əliyevi sərbəst buraxdı – Günahsızlığı sübut olundu

Bir neçə ay bundan öncə Almaniyada həbs edilən Əlövsət Əliyev azadlıqdadır.
Qaynarinfo xəbər verir ki, bu haqda onun oğlu Türkel Rüstəmxanlı məlumat yayıb.
Qeyd edək ki, bir neçə ay bundan öncə Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin vaxt Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb.
Əlövsət Əliyev saxta sənədlərlə və ya qanunsuz miqrant işlərində ittiham olunurdu.

  DİGƏR XƏBƏRLƏR