Avropa Liqasında gecənin nəticləri: 16 oyun, 38 qol

Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” İngiltərədə “Espanyol”u 4:0 hesabı ilə yenib. Futbolçumuzun adı “18-liy”ə salınmayıb.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Başakşəhər” Portuqaliyada “Sportinq”in qonağı olub və 1:3 hesabı ilə uduzub.
Böyük klublardan “İnter” səfərdə “Ludoqorets”a qalib gəlib – 2:0. “Roma” doğma meydanda “Gent”ə, “Arsenal” səfərdə “Olimpiakos”a tək qolla qalib gəlib. “Ayaks” səfərdə “Xetafe”yə 0:2 hesabı ilə yenilib. “Mançester Yunayted” rəqib meydanında “Brügge”, “Sevilya” isə ÇFR-lə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.
Avropa Liqası
1/16 final
İlk oyunlar
20 fevral
Şaxtyor (Donetsk, Ukrayna) – Benfika (Portuqaliya) 2:1
Qollar: Alan Patrik, 56. Kovalenko, 72 – Pizzi, 67-pen.
Ayntraxt (Frankfurt, Almaniya) – Zalsburq (Avstriya) 4:1
Qollar: Kamada, 12; 43; 53. Kostiç, 56 – Hvanq Hee-Çan, 85.
Ludoqorets (Bolqarıstan) – İnter (İtaliya) 0:2
Qollar: Eriksen, 71. Lukaku, 90+4-pen.
Brügge (Belçika) – Mançester Yunayted (İngiltərə) 1:1
Qollar: Dennis, 15 – Marital, 36.
ÇFR (Rumıniya) – Sevilya (İspaniya) 1:1
Qollar: Deaç, 59-pen – En Nesiri, 82.
Kopenhagen (Danimarka) – Seltik (Şotlandiya) 1:1
Qollar: Ndoye, 52 – Edouard, 14.
Xetafe (İspaniya) – Ayaks (Hollandiya) 2:0
Qollar: Deyverson, 38. Kenedi, 90+3.
Sportinq (Portuqaliya) – Başakşəhər (Türkiyə) 3:1
Qollar: Koates, 3. Sporar, 44. Vietto, 51 – Viska, 76-pen.
Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya) 3:2
Qollar: İanis Haci, 67; 82. Aribo, 75 – Franserqio, 11. Ruiz, 59.
Roma (İtaliya) – Gent (Belçika) 1:0
Qol: Perez, 13.
Volfsburq (Almaniya) – Malmö (İsveç) 2:1
Qollar: Brekalo, 49. Mehmedi, 62 – Telin, 47-pen.
Alkmaar (Hollandiya) – LASK (Avstriya) 1:1
Qol: Koopmeyners, 86-pen – Raquz, 26.
Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə) 0:1
Qol: Lakazette, 81.
APOEL (Cənubi Kipr) – Bazel (İsveçrə) 0:3
Qollar: Petretta, 16. Stoker, 53. Artur, 66.
Bayer (Almaniya) – Portu (Portuqaliya) 2:1
Qollar: Alario, 29. Haverts, 57-pen – Luis Dias, 73.
Vulverhempton (İngiltərə) – Espanyol (İspaniya) 4:0
Qollar: Jota, 15; 67; 81. Neves, 52.

  DİGƏR XƏBƏRLƏR