Bakıda oteldə turistin başına oyun açdılar

Bakıda oteldə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 21-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR