Boks üzrə dünya çempionatının keçiriləcəyi şəhər bəlli oldu

2021-ci ildə kişilər arasında boks üzrə dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşib.

“Report” TASS-a istinadən xəbər verir ki, mundial Serbiyanın paytaxtı Belqradda olacaq.

Qeyd edək ki, ötən ilki yarış Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2021-ci il qadınlar arasındakı mundiala haranın ev sahibliyi edəcəyi bəlli deyil.

  DİGƏR XƏBƏRLƏR