Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar

Çindən təxliyyə edilən ukraynalıları ölkə ərazisinə buraxmaq istəmirlər.

İnforeactor.ru-nun xəbərinə görə, Kiyev vilayətinin Obuxovski rayon şurasının deputatları təcili iclas çağıraraq bu qərara gəliblər.

Onlar bu addımı yeni növ koronavirusun yerli sakinlər arasında yayılmasının qarşısını almaq üçün atdıqlarını bildiriblər.

Bununla bağlı məmurlar Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Ali Radanın “Xalqın xidmətçisi” partiyasının deputatı Aleksandr Dubinskiyə müraciət etməyi planlaşdırırlar.

Onlar Çinin Uhan şəhərindən təxliyyə olunan ukraynalıların Obuxovski rayonunda yerləşdirilməsindən imtina etmək istəyirlər.

Deputatların sözlərinə görə, ərazidə karantin üçün lazım olan tibb müəssisələri yoxdur.

  DİGƏR XƏBƏRLƏR