Daha bir dairə ilə bağlı qərar açıqlandı – Məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılır.

Oxu.Az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova 11 saylı Qaradağ Seçki Dairəsi üzrə daxil olan müraciət barədə məlumat verib.

Şikayəti qeydə alınmış namizəd Kamil Paşayev ünvanlayıb.

MSK iclasda qərara alıb ki, həmin dairənin 25 saylı seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılsın.

Qeyd edək ki, adıçəkilən dairədə lider namizəd Aydın Hüseynovdur.

  DİGƏR XƏBƏRLƏR