Daha bir icra başçısı həbs edilir? – DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
“BakuPost” xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.
Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.
Binanın girişində xüsusi yoxlama məntəqəsi qurulub. Binaya giriş qadağan edilib.
***
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.

  DİGƏR XƏBƏRLƏR