Daha bir məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd Elza Qasımovanın (Seyidcahan) şikayətinə baxılıb.

Oxu.Az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, müraciət qanunla müəyyən olunmuş vaxtda təqdim edilməyib.

MSK qərara alıb ki, buna görə də Elza Seyidcahanın şikayəti təmin edilməsin.

  DİGƏR XƏBƏRLƏR