Dünyanın ən uzunömürlüləri burada yaşayır – Cənnət ada

Yunanıstanın Egey dənizində yerləşən İkaria adası təmiz havası və mükəmməl təbiəti ilə dünyanın ən uzunömürlü insanlarının yaşadığı yer kimi tanınır.
Qaynarinfoxarici mətbuata istiandən xəbər verir ki, Sisam adasının qərbində yerləşən adaya xüsusən sakit tətil keçirmək istəyənlər gedir. Burada avropalı və amerikalı turist sayı Yunanıstanın digər adaları ilə müqayisədə çox azdır.
Afina Universitetinin apardığı araşdırmalara görə, Avropanın ən uzunömürlü insanları burada yaşayır.
8500 insanın iştirakı ilə aparılan tədqiqatlar göstərir ki, buradakı insanlar bötövlükdə Avropada yaşayanlardan 10 il çox ömür sürür. Siqaret istifadəsi də Yunanıstanın digər yerləri ilə müqayisədə çox aşağı səviyyədədir.
İkarianın ən turistik yeri Armenistis hesab edilir. Adanın şimal qərbində yerləşən bu kənd dar yoxuşlu küçələri, bar və kafeləri ilə məşhurdur. Burada həmçinin pilləkənlərlə enəcəyiniz kiçik çimərlik də mövcuddur. Burdan başqa yerdə dənizə girmək mümkün deyil, çünki hər tərəf uçurumdur.
İkariada həmçinin 2 liman var. Biri Avdilos, digəri isə cənubda yerləşən Agia Kirikosdur. Buradan digər adalara gəmi səfərləri var.

  DİGƏR XƏBƏRLƏR