Finlandiyada it baş nazirdən populyar oldu

“Topi” ləqəbli alman çoban iti (“ovçarka”) Tampere şəhərinin ən populyar sakini adı uğrunda yarışda Finlandiyanın baş naziri Sanna Marini üstələyib.

“Report” TASS-a istinadən xəbər verir ki, müsabiqə “Tamperelajnen” qəzeti tərəfindən keçirilib.

Oxuculara şəhərin 13 ən tanınmış sakinindən birinə səs vermək təklif edilib və siyahıda “Topi” də olub. Təşkilatçılar respondentlərdən kimin şəhərə daha çox fayda verdiyini və Tampereni daha populyar etdiyini soruşublar. Rəyi soruşulanlar öz namizədini də təklif edə bilərdi.

Səsvermənin nəticələrinə görə, “Instagram”da 133 min izləyicisi olan it 4 minə yaxın şəxsin qatıldığı sorğuda 15% səs toplayıb. Onu seçənlərin bəziləri seçimlərini “Topi”nin şəhərin sevilməsinə yardım etməsi, bəziləri isə sadəcə, yüksək əhval-ruhiyyə bəxş etməsi ilə əlaqələndirib.

Finlandiyanın yeni baş naziri Sanna Marin isə “Topi”yə cəmi 0,5% fərqlə uduzaraq ikinci yerdə qərarlaşıb.

  DİGƏR XƏBƏRLƏR