Fransada TIR sürücüsü işləyən 21 yaşlı türk qızı – “Bu peşənin sahibi olmaq uşaqlıq arzum idi…”

Fransada yaşayan 21 yaşlı Gülfən Zəngin kişi peşəsi olan TIR sürücüsü işləyir.
Moderator.az xəbər verir ki, onun artıq iki illik təcrübəsi var. Bu çətin peşəyə isə o, 19 yaşında başlayıb. Gülfən indi Avropanın yollarında TIR sürür. İlginc həyat hekayəsi olan Gülfənin TIR sürücüsü olması isə uşaqlıq arzusudur.
Fransada dünyaya gələn Gülfən, 18 yaşında ilk olaraq sürücülük vəsiqəsi alıb. Məktəblə yanaşı, işləməyə də başlayıb. O, peşəsini sevdiyini və həmcinslərinə də bunu tövsiyə etdiyini bildirib. Gələcəkdə isə TIR sürücülərini işlətmək üçün bir şirkət açacağını deyib.
Gülfən peşəsinin çətinliklərindən də danışıb bildirib ki, yolda kişi sürücüləri ötmək istəyərkən ona imkan vermirlər. İndiyə kimi yolda xoşagəlməz bir hadisə yaşamsa da, təhlükəsizliyi üçün TIR-da beysbol dəyənəyi və sprey qazı gəzdirir:
“Bəzən səkkiz saat yol gedirəm. Hər cür musiqi dinləyirəm. Siqaret də çəkirəm, amma başqalarına məsləhət görmürəm. Öz şirkətimi qurduğum zaman ailəmə daha çox vaxt ayırmaq istəyərəm. Gələcəkdə uşaqlarımın də TIR sürücüsü olmasın istəyərəm, yox, əgər onlar başqa peşə seçərlərsə, buna da hörmətlə yanaşaram”.
Bununla yanaşı, Gülfən gəzdiyi şəhərlər haqqında sosial şəbəkədə paylaşımlar edir.
Vasif Əlihüseyn

  DİGƏR XƏBƏRLƏR