İranın 9 əyalətində koronavirusa yoluxma təsdiqləndi

İranda koronavirusla bağlı rəsmi statistika açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.

Bildirilib ki, ölkənin 9 – Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi və Həmədan əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib. Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 12-si ölüb, 3-ü isə sağalıb.

  DİGƏR XƏBƏRLƏR