Maaş ala bilməyən futbolçular üçün fond yaradılır

FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) keçmişdə və hazırda öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq.

 

Modern.az qurumunun rəsmi saytına istinadən xəbər verir ki, FIFA fond üçün 16 milyon dollar vəsait ayırıb. Bu məbləğ 2022-ci ilə qədər fondun büdcəsinə köçürüləcək.

 

Bundan başqa, qurum oyunçulara 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər məvaciblərini qorumaq məqsədi ilə əlavə 5 milyon avro ayıracaq.

 

Qiymətləndirmə və qrant ayrılmasına nəzarət üçün FİFA və FİFPro nümayəndələrindən ibarət xüsusi komitə fəaliyyət göstərəcək.

  DİGƏR XƏBƏRLƏR