MSK sədrinin müavini bəzi namizədlərin iddialarına münasibət bildirdi

“Bəzi namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını müxtəlif formalarda ifadə etmələrini təbii qəbul edirik”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Sədr müavini bildirib ki, bəzi namizədlər fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər:

“Bəzi namizədlər iddia edir ki, MSK onların müraciətlərinə baxmayıb. Amma bu, yanlışdır. Hüquqşünaslar yaxşı bilir ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə birinci dairə seçki komissiyasında baxılmalıdır. Yalnız bundan sonra DSK-nın qərarından namizəd narazı qalarsa, MSK həmin şəxsin narazılığına baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladğı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”.

  DİGƏR XƏBƏRLƏR