Rusiya Müdafiə naziri liviyalı üsyançı generalla görüşdü

Rusiya Müdafiə naziri Sergey Şoyqu Liviya Milli Ordu Komandiri marşal Xəlifə Haftar ilə görüşüb. 
Qaynarinfo xəbər verir ki, tərəflər Liviyadakı vəziyyəti müzakirə edib.
Şoyqu və Haftar 13 yanvar 2020-ci ildə Moskvada baş tutan danışıqların “atəşkəsin bərqərar olması və ölkədəki vəziyyətin normallaşdırılması prosesinə başlaması” üçün vacib rol oynadığını qeyd ediblər.
Şoyqu və Haftar Liviya ilə bağlı Berlin konfransının qərarlarının yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Tərəflər “Liviyadaxili böhranı həll etmək üçün siyasi yolların alternativinin olmadığını qeyd edib. Liviyanın müstəqilliyi, birliyi və ərazi bütövlüyünün vacibliyi də vurğulanıb.

  DİGƏR XƏBƏRLƏR