Şimali Koreya Rusiyadan 76 min dollara 12 at alıb

Şimali Koreyanın 2019-cu ilin payızında Rusiyadan 76 min dollar dəyərində 12 at aldığı məlum olub.

Bu barədə fevralın 16-da “NK News”da məlumat yayılıb, daha sonra Rusiya KİV-də istinadla verilib.

“Fox News” Rusiya gömrüyünün məlumatlarına istinadən bu rəqəmi təsdiqləyib. Eyni məlumatlardan belə nəticə çıxıb ki, Pxenyan on il ərzində Rusiyadan ən az 138 at alıb ki, bu da 580 min dollara başa gəlib.

Kanal xatırladıb ki, xüsusən də 2015-ci ildə KXDR 61 atı 192, 204 dollara alıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Koreyanın Mərkəzi Teleqraf Agentliyi ölkə lideri Kim Çen Inın Pektusan dağında ağ atın üzərində fotolarını yayıb. Eləcə də dekabr ayında da onun at gəzintisinin şəkilləri yayımlanıb.

Bu məqamda bildirək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri KXDR-ə lüks malların verilməsini qadağan edir. Mütəxəssislər bu kateqoriyaya bahalı atların daxil olub-olmadığını qətiliklə deyə bilmirlər. (Qafqazinfo.az)

  DİGƏR XƏBƏRLƏR