Suriya ordusu Türkiyənin 4 müşahidə postunu mühasirəyə alıb

Turkey Syria

Suriya ordusu Türkiyəyə məxsus 4 müşahidə postunu və 2 hərbi mövqeyini mühasirəyə alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Hulusi Akar açıqlama verib.

 

O, İdlib vilayətindəki 12 müşahidə postundan heç birini tərk etmək niyyətində olmadığını əlavə edib. Həmçinin, Əsəd qüvvələrinin hücumuna ən sərt şəkildə cavab veriləcəyini əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan son günlər Suriyada 14 türk hərbçisinin şəhid olduğunu söyləyib.

  DİGƏR XƏBƏRLƏR