“Türklər müttəfiqlərimizi qırır: Biz olmadan Əsədin davam gətirməsi mümkünsüzdür”

“Türklər müttəfiqlərimizi qırır: Rus ordusu olmadan Əsədin davam gətirməsi mümkünsüzdür”.

Moderator.az xəbər verir ki, son günlər Rusiya mediasında bu tip fikirlərin sayı ciddi şəkildə artmaqdadır. Belə ki, türk ordusunun xain hücumlara cavab olaraq Əsəd ordusunun mövqelərinə cidid artilleriya zərbələri endirməsi, rus politoloqları tərəfindən narahatlıqla müşahidə olunmaqdadır. Ekspertlər hesab edir ki, Türkiyənin Rusiyanın müttəfiqi olan Suriya rejiminin ordusunu açıq şəkildə bombalaması, rəsmi Ankaranın Moskvaya meydan oxuması deməkdir. Ekspertlərin qənaətincə, Əsəd ordusunun ondan “qat-qat güclü olan” türk ordusu ilə Rusiyanın köməyi olmadan döyüşməsi mümkün deyil və bu, Suriya ordusunun sonunu gətirə bilər. Bu səbəbdən də ekspertlər Rusiya və Türkiyə arasında “yeni bir müharibənin” başlanması ehtimalının istisna olmadığını vurğulayır.

Həmçinin, mütəxəssislərin fikrincə, indiki məqamda həm Türkiyə, həm də Rusiya prezidentlərinin Suriya məsələsində geri çəkilməsi kifayət qədər çətindir. Ekspertlərin qənaətincə, belə bir geriçəkilmə həmin prezidentin ölkəsi daxilindəki nüfuzuna ciddi şəkildə mənfi təsir göstərəcək. Bu səbəbdən də tərəflərdən hər hansı birinin güzəştə getməsi psixoloji baxımdan da müşkül hesab edilir.

Məlumat üçün qeyd edək ki, Suriyada anti-terror əməliyyatları aparan qəhrəman türk ordusu son vaxtlar Əsəd rejiminə bağlı qüvvələrin qəfil hücumuna məruz qalmaqdadır. Bu səbəbdən də Türkiyə tərəfi haqlı olaraq qarşı tərəfin mövqelərinə artilleriya zərbələri endirməklə düşməni zərərsizləşdirməyə çalışır.

  DİGƏR XƏBƏRLƏR