Uhanda 1000 yerlik hospital 10 günə tikildi – Video

Hubey vilayətinin paytaxtı olan Uhan şəhəri bu il dəhşətli koronavirusun mərkəzinə çevrildi. Yanvarın 22-də şəhərdə karantin elan edildi və 50 milyon insanın üzünə qapılar bağlandı.

Bizimyol.info xəbər verir ki, xəstələrin sayı durmadan artdığına görə, şəhər rəhbərliyi yanvarın 24-də 1000 yerlik hospitalın tikintisinə başladı və tikinti 10 gün içərisində başa çatdı.

Çin xəstəxana

Qısa müddət ərzində ən müasir tələblərə cavab verən hospitalın tikintisində 35 buldozer gecə- gündüz işlədi.Bu təcrübə çinlilərdə artıq olduğuna görə, tikinti işlərində problem yaranmadı. 2003-cü ildə Pekində atipik pnevmaniya virusu yayılarkən oxşar xəstəxana bir həftəyə tikilib başa çatdırılmışd. Xəstəxananın tikintisi yığma materiallarla aparılıb. Bu ucuz və sürətlə başa gələn tikinti hesab olunur. Hazırda xəstəxanada 1400 nəfərlik həkim və sanitar heyəti çalışır.Bu tibbi personalın quş qripi kimi xüsusi viruslarla iş təcrübəsi var. Tezliklə 10 gün içərisində 1600 nəfərlik daha bir hospitalın açılacağı bildirilir.

İlhamə Rəsulova

  DİGƏR XƏBƏRLƏR