Vətəndaş etirazları: 20 ölü, 189 yaralı

Yeni Dehlidə vətəndaş etirazlarında 20 nəfər ölüb, 189 nəfər yaralanıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, etirazlara səbəb Hindistan hökumətinin Pakistan, Əfqanıstan və Banqladeşdən olan 6 dini icma üzvlərinə vətəndaşlıq almaq hüquq verməsi, eyni hüquqların müsəlman mühacirlərə verilməməsi olub.

 

Xəstəxanadan verilən açıqlamada yaralılardan 60-nın odlu silahdan açılan atəşlə yaralandığı bildirilib.

Etirazlar Donald Trampın Hindistana səfəri fonunda baş verib.

 

  DİGƏR XƏBƏRLƏR