“Yalvarırdı…” – Təhqir olunan Müşfiq kimi polisə verib?

Tanınmış aktyor Müşfiq Şahverdiyev obrazına görə onu təhqir edən şəxsi polisə verdiyini deyib.
Yenicag.az-a açıqlama verən aktyor sosial şəbəkədə onu təhqir edən həmin adamın sonradan üzr istəyərək, yalvardığını da bildirib:
“Sosial şəbəkədə boş-bekar adamlar çoxdur. Onlar hər gün oturub fikirləşirlər ki, görən kimə sataşım, kimə söz atım. Təkcə mən yox, elə bütün sənət yoldaşlarımızın paylaşımlarına təhqiramiz ifadələr yazanlar olur. Mənə də çox yazıblar. Hətta polisə verdiyim adamlar da olub. Bir nəfər çəkinmədən telefon nömrəsini də qoymuşdu, tapdıq, gəlib yalvarırdı, əməlinə görə üzr istədi. Həmin adam obrazıma görə məni təhqir etmişdi”.
Aktyor 2014 -cü ildə çəkilən “My name is İntiqam” filmində açıq-saçıq səhnələrə görə tənqidlərə məruz qaldığını da bildirib:
“My name ıs İntiqam” filmində açıq-saçıq səhnələr vardı, ona görə də tənqidlərə məruz qaldıq. İlk filmimiz idi deyə, belə şeylər oldu. Amma “Gizlənpaç” filmində bunu nəzərə aldıq. Təbii ki, bizi sevənlər qədər bəyənməyənlər də var, olacaq da”.

  DİGƏR XƏBƏRLƏR