Zibil toplayan kişi 110 min pul tapdı, qəpiyinə qədər sahibinə qaytardı

Türkiyənin Osmanqazi bələdiyyəsinin təmizlik işçiləri zibil qutusunun içindən pul tapıb.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, bələdiyyənin təmizlik işçiləri səhər saatlarında zibil qutularını təmizlərkən yerdəki torbanı da atmaq istəyib. Torbanı əlinə alan zaman içində pulların olduğunu görən Ahmet Gökçe dərhal polisə müraciət edib. Bir neçə saatlıq araşdırmadan sonra pulların 57 yaşlı Nurettin Kılıççıya aid olduğu məlum olub. Torbada 110 min TL və 1500 dollar olub.

 

Yaşlı kişi pulların tapıldığını öyrəndiyi zaman hədsiz sevindiyini bildirib: “Oğlumla heyvan almaq üçün bazara getmişdik. Həmin an pulların itdiyini biləndə dünya başımıza yıxıldı. O pullar mənim 25 ildə qazandığım zəhmət haqqımdır. Sonra pullarımızın təmizlik işçiləri tərəfindən tapıldığını öyrənəndə dünyalar bizim oldu. Allah Bələdiyyə işçilərimizdən razı olsun.”
Pulları tapan Ahmet Gökçe hər bir insanın etməli olduğu şeyi onunda etdiyini deyib: Nureddin dayımız gecəsini gündüzünə qatıb o pulları qazanıb. Bir anlıq fikrə getdiyi üçün həmin pulları itirib. Onu tapmaq da bizə qismət oldu. Ən az Nurettin dayı qədər biz də sevindik. Çox xoşbəxt və rahatlıq içindəyəm”.

  DİGƏR XƏBƏRLƏR