“Blumberq”in köşə yazarından Körfəz ölkələri üçün dəhşətli proqnoz

Rusiya ilə “qiymət müharibəsi”ndə iştirak edən Yaxın Şərq ölkələri tezliklə iqtisadiyyatda çox böyük problemlərlə üzləşəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg agentliyinin köşə yazarı David Fikling yazıb.
Məqalənin müəllifi hesab edir ki, böhran təhlükəsi çoxdan Fars körfəzini bürüsə də, Rusiya ilə qarşıdurma prosesi daha da sürətləndirib.
“Neft bazarlarında hazırkı qiymət müharibəsi yalnız qeyri-sabit təbiətli Körfəz ölkələrinin iqtisadiyyatının amansız hesabla üz-üzə qalacağı anın yaxınlaşmasını sürətləndirəcək”, – materialda deyilir.
Mütəxəssisin fikrincə, ən ağrılı zərbə ehtiyatları ümumi milli məhsulun yalnız 0,1%-ni, 2018-ci ilədək olan dörd il ərzində isə 50% təşkil etmiş Səudiyyə Ərəbistanına dəyəcək.
Məqaləyə görə, yalnız neftə olan tələbatın artması bu Körfəz Krallığını maliyyə çöküşündən xilas edə bilər, amma bu baş verməsə, dörd il ərzində Səudiyyə Ərəbistanının ehtiyatları təxminən beş aylıq idxal xərclərinin cəminə qədər azalacaq. Ekspert hesab edir ki, bu vəziyyətdə yalnız bir neçə aydan sonra Ər-Riyad “inanılmaz bir böhran”a düşə bilə və bütün zamanlarda dünya neft bazarında ticarəti dəstəkləyən dolların sabit məzənnəsindən imtina etmək məcburiyyətində qalacaq.
“Artıq gələcək nəsillər Körfəz ölkələrinin bu gün içində üzdüyü bu sərvətləri heç vaxt görməyəcəklər”, – müəllif yazır.

  DİGƏR XƏBƏRLƏR