Çempionlar Liqası və Avropa Liqasının oyunları təxirə salınıb

UEFA gələn həftə keçirilməsi nəzərdə tutulan avrokubok oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının gələn həftə keçirilməli olan oyunları baş tutmayacaq.

Martın 17-18-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində 4 qarşılaşma keçirilməli idi. Ayın 19-da isə Avropa Liqasının 1/8 final mərhələsinin 6 cütündə cavab oyunları planlaşdırılmışdı.

Lakin UEFA koronavirus epidemiyası üzündən bütün görüşləri qeyri-müəyyən müddətədək təxirə salıb. Qurumun qərarına əsasən Gənclər Liqasında da oyunlar olmayacaq.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin iki cütündə – “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” cütlərində ilk görüş də keçirilməyib.

  DİGƏR XƏBƏRLƏR