CNN-in müxbirinin sualı Trampı özündən çıxardı: “Sənin kimilər…”

Koronavirusa yoluxma sayında bütün ölkələri geridə qoyan ABŞ çətin günlər keçirir. Ölkə rəhbəri Donald Tramp keçirdiyi mətbuat konfransında Rusiyanın 1 təyyarə dolusu yardım və tibbi ləvazimat göndərdiyini bildirərək, bunun çox yaxşı bir şey olduğunu ifadə edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, çıxışında Çin və digər ölkələrin də yardım göndərdiyini deyib və buna görə həmin ölkələrə təşəkkür edib.
Ağ Ev rəhbəri konfransda CNN müxbirinin sualına isə əsəbiləşib. Belə ki, müxbirin “Prosesi yanlış idarə etdiyinizi düşünən amerikalılara nə demək istərdiniz?” sualına Tramp belə cavab verib.
“Sənin kimi insanlar və CNN belə şeylər danışır. Bu səbəbdən insanlar CNN-i dinləmək istəmirlər. Normal bir sual verə bilərdin. Verdiyim açıqlamalar bunlardır: Ölkəni sakit tutmaq istəyirəm, panika yaratmaq istəmirəm. Panikaya səndən belə daha yaxşı səbəb ola bilərdim. Çox şey edə bilərdim. Səni kiçik bir liqa oyunçusu kimi göstərə bilərdim. Amma bilirsən? Bunu etmək istəmirəm”.

  DİGƏR XƏBƏRLƏR