“Daha da pis olacaq” – Tramp

ABŞ Prezidenti Donald Tramp etdiyi açıqlamada, “Virusa bağlı rəqəmlər daha da pis olacaq. Bunu ən aza sala bilmək üçün çalışırıq. Rəqəmlər əlbəttə artacaq, amma günün birində azalmaya başlayacaq”,- deyib.

Marja xəbər verir ki, Tramp, yeni növ koronavirüs (Kovid-19) ilə mübarizədə istifadə edilən tibbi ləvazimatlar başda olmaqla bir çox əşyaların anbarda saxlanılmasını və yüksək qiymətə satılmasını qadağan edən fərman imzalayıb.

Keçən həftələrdəki mətbuat konfranslarında virusun nəzarət altına alınmasının iyul ya da avqusta çəkə biləcəyini söyləyən Trampın, bu gün “Ölkənin normala dönməsi 3-4 ay davam etməyəcək” açıqlamasını verməsi diqqəti çəkib.

  DİGƏR XƏBƏRLƏR