Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

Dünyada koronavirus qurbanlarının sayı 33 106 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 693 224 min nəfərə çatıb.

Təşkilat bildirib ki, son sutka ərzində dünyada koronavirusa 58 441 nəfər yoluxub, 3 215 xəstə dünyasını dəyişib.

Təşkilatın məlumatına əsasən, hazırda ən çox virusa yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə 392 757 nəfər COVID-19 infeksiyasına yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

  DİGƏR XƏBƏRLƏR