Evimizi koronavirusdan necə qoruyaq? (QAYDALAR)

Koronavirus səbəbindən küçələrdə, ictimai nəqliyyatda, ictimai məkanlarda və iş yerlərində ciddi tədbirlər görülür. Lakin görülən tədbirlər bunlarla məhdudlaşmalı deyil. Bəs evimizi koronavirusdan necə qoruya bilərik?

Türkiyəli həkim-fitoterapevt Buğra Buyrukçu evi dezinfeksiya etməyin qaydalarını izah edib:

“Evə gələn kimi ayaqqabıları çıxarmaq və geyimi dəyişmək lazımdır. Paltarı bir dəfə geyinməliyik və onu dəyişən kimi yumalıyıq. Xüsusilə pambıq paltarları çox yüksək temperaturda – 90 dərəcədə yumaq lazımdır.

Paltarları yumadan əvvəl yuyucu məhlul əlavə edilmiş suda saxlamaq zəruridir. Evə girməzdən öncə ictimai nəqliyyatdan istifadə etmisinizsə, izdihamlı mühitdə olmusunuzsa, paltarları suda saxlayın. Yüksək temperaturda yuyula bilməyən geyimi əllə yuyub qurutduqdan sonra mütləq ütüləyin. Ən azı 10 dəqiqə nəmin qurumasını gözləyin.

Azyaşlı və xəstə uşaqların otaqlarını havalandırın. Evin hər küncünə lavanda və palmaroza yağı səpin. Bu qarışıq virusları öldürməkdə çox təsirlidir. Bundan əlavə, hər gün döşəməni silin. Təmizlik zamanı aşağı qoxulu və yüksək spirtli odekolondan istifadə edin. Çarpayı da yoluxma baxımından risklidir. Məsələn, gecə tərləyirik. Virus həmin tərli yastığa yoluxa bilər. Odur ki, yataq dəstlərini tez-tez dəyişin.

Hər kəsin əl dəsmalı ayrı olmalı və hər üç gündən bir dəyişdirilməlidir. Mümkünsə, dəsmalları qaynadın. Evə girməzdən əvvəl istifadə etdiyiniz əlcək və maskaları zibil qabına atın”.

Mənbə: publika.az

  DİGƏR XƏBƏRLƏR