Fatih Terim koronavirusdan sağaldı – Evə buraxıldı

Qalatasarayın baş məşqçisi Fatih Terim koronavirusdan müalicə aldığı xəstəxanadan təxliyə edilib.
Bu barədə xəstəxana tərəfindən məlumat yayılıb. Məlumata görə, baş məşqçi evə onu müalicə edən professor Fərah Ece və həkimlərdən ibarət komissiyanın razılığı ilə buraxılıb. Bundan sonra Fatih Terim evdə müalicə alacaq və 14 günlük karantin müddəti davam edəcək.
Qeyd edək ki,Qalatasarayın vitse-prezidenti Yusuf Günay da təxliyə edilib. (Yenisabah.az )

  DİGƏR XƏBƏRLƏR