İranda 10 min məhbus əfv ediləcək

İranın ali rəhbəri Seyid Əli Xamenei martın 20-də İran yeni ilinin şərəfinə təxminən 10 min məhbusu əfv edəcək.

“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Xameneinin sözlərinə görə, siyasi məhbuslar və təhlükəsizliklə bağlı həbs olunmuş məhbuslar da əfv ediləcək.

“Kim ki, əfv ediləcək, həbsxanaya qayıtmayacaq”, – o vurğulayıb.

Daha əvvəl BMT və ABŞ İranı siyasi məhbusları azad etməyə çağırıb.

  DİGƏR XƏBƏRLƏR