İspaniyada koronavirusdan ölənlərin sayı rekord həddə çatdı

İspaniyada sutka ərzində yeni növ koronavirusdan 655 nəfər ölüb.

Redaktor.az bildirir ki, bununla virusdan ölənlərin sayı 3600-ü keçib.

Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub.

Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 50 minə yaxınlaşıb.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.

  DİGƏR XƏBƏRLƏR