“İtə işgəncə vermiş şəxslərin kimliyini deyən şəxsə mükafat veriləcək”- Kamil Zeynallı / VİDEO

“Bu itin sağalması üçün əlimdən gələni edəcəyəm. Sonra da itə özüm sahiblənəcəyəm”.

Gununsesi.org  xəbər verir ki, bu barədə idmançı Kamil Zeynallı sosial şəbəkədə Bakıda işgəncələrə məruz qalan itin vəziyyəti ilə bağlı etdiyi paylaşımında qeyd edib.

Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə gedən K.Zeynallı itin vəziyyətinin hazırda yaxşı olduğunu qeyd edib:

“Hər gün klinika ilə əlaqə saxlayaraq itin vəziyyəti ilə maraqlanan insanları başa düşürəm. Amma “Kamil pul verdi? Kamil kömək etdi?” suallarını verən insanları başa düşmürəm. Adam bu qədər paxıl olmaz. Kömək edə bilirsinizsə, edin. Edə bilmirsinizsə, heç olmasa sakit dayanın.

İtin vəziyyəti indi yaxşıdır. Mən sözümün arxasında dayanan insanam. Biz heyvana kömək etməyə çalışırıq.

K.Zeynallı itə işgəncə vermiş şəxslərin kimliyini deyən şəxsə mükafat verəcəyini də qeyd edib.

  DİGƏR XƏBƏRLƏR