La Liqa bu tarixə kimi bərpa olunmasa, mövsüm ləğv ediləcək

İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən təxirə salınmış mövsümün bərpası üçün bir neçə ssenari üzərində işləyir.

“Repor” “Marca”ya istinadən xəbər verir ki, çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalı azdır.

Bildirilib ki, La Liqa 27 iyuna kimi bərpa olunmasa, çox güman ki, 2019/2020 mövsümü ləğv ediləcək.

Qeyd edək ki, İspaniya çempionatı martın 12-də koronavirusa görə dayandırılıb.

Çində yarasa ətinin satışı

  DİGƏR XƏBƏRLƏR