Neft bazarının gələcəyi ilə bağlı bədbin proqnoz: Xammalı saxlamağa yer olmayacaq…

Mövcud durum 1970 və 2008-ci il böhranını kölgədə qoya bilər

Koronavirus xəstəliyi ilə əlaqədar olaraq neftə olan tələbatın kəskin şəkildə azalması neft bazarının durumunu sürətlə ağırlaşdırmaqdadır.

Moderator.az xəbər verir ki, hazırkı məqamda ən böyük problem xammalı saxlamaq üçün gərəkli anbarların olmamasıdır. Mütəxəssislər hesab edir ki, bu gedişlə yaxın gələcəkdə xammalı saxlamağa yer olmayacaq. Bu da daha gərgin situasiyanın formalaşmasına, vəziyyətin bir qədər də mürəkkəbləşməsinə səbəb olacaq.

Vəziyyəti ağırlaşdıran digər bir məqam isə dünyada koronavirus təhlükəsinin getdikcə genişlənməsidir. Bu isə neftə olan tələbatın ən azı bir neçə ay artmayacağı deməkdir. Belə olarsa,  istehsal və emal probleminin daha da dərinləşməsi qaçılmaz olacaq.

 

Artıq indidən mövcud durum 1970-ci ilin neft böhranı və 2008ci ilin “böyük tənəzzül dövrü” ilə müqayisə olunmaqdadır. Lakin ekspertlər hesab edir ki, əgər yaxın bir neçə ay ərzində vəziyyət müsbətə doğru dəyişməzsə, hazırkı böhran XX əsrin neft böhranlarını belə kölgədə qoya bilər.

  DİGƏR XƏBƏRLƏR