Oqtay Gülalıyevin səhhəti necədir? (AÇIQLAMA)

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti stabil olaraq qalır.
Bunu Qaynarinfo-ya açıqlamasında Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev deyib.
O, bildirib ki, sonuncu əməliyyatdan sonra Oqtay Gülalıyevin səhhətində heç bir irəlləyiş yoxdur: “Hələlik atamın səhhəti ilə bağlı elə bir yenilik yoxdur”.
Xatırladaq ki, noyabrın 4-dən sonra Oqtay Gülalıyevin müalicə xərclərini Heydər Əliyev Fondu ödəyir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-da paytaxtın Nəsimi rayonunda ərazisində yolu keçərkən “Hyundai Accent” markalı avtomobillə vurulub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.

  DİGƏR XƏBƏRLƏR