“Qarabağ”ın legioneri: “Bakıda çölə çıxmaq barədə problem yoxdur”

“Keçən həftəyə qədər normal məşq edirdik, ancaq sonra çempionat dayandı və evdə məşq etməyə başladıq”.

“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Miçel Madeyra “Elcomercio” nəşrinə açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı danışıb: “Çölə çıxmaq barədə problem yoxdur. Ticarət mərkəzləri və restoranlar yalnız saat 21:00-dək açıqdır və bir çox yerlərə girməzdən əvvəl temperaturu yoxlayırlar”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Miçel Madeyra 2015-ci ildən “Qarabağ”da çıxış edir.

  DİGƏR XƏBƏRLƏR