Səudiyyə Məkkə və Kəbəni təcrid etdi: Giriş-çıxış yasaqlandı

Səudiyyə Ərəbistanı koronavirusun yayılması ilə mübarizə çərçivəsində bir sıra tədbirlər həyata keçirib.

Qaynarinfo xəbər verir ki, Kral Salman bin Əbdüləzizin imzası olan qərarla ölkəni təşkil edən 13 bölgə arasında səyahət qadağan edilib. Bundan əlavə, paytaxt Ər-Riyadla birlikdə müqəddəs sayılan Məkkə və Mədinə şəhərləri təcrid edilib, bu ərazilərdən çıxmaq da yasaqlanıb.

Saat 15.00-dan etibarən Ər-Riyad və Məkkədə komendant saatı elan edilib. Beləliklə, təxminən 21 gün ərzində səhər saat 07:00-dan etibarən tətbiq olunan qadağaya bir neçə saat əlavə edilib.

Bütün tədbirlər bu gündən etibarən həyata keçiriləcək.

Səudiyyə Ərəbistanı hakimiyyəti əvvəllər Kəbə və Məscid əl-Nabevidə camaat namazını dayandırmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında ilk koronavirusla əlaqəli ölüm dünən qeydə alınıb. Ölkədə 767 nəfərdə virus aşkarlanıb.

  DİGƏR XƏBƏRLƏR