Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır – VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan qorunmaq üçün tibbi maskalardan istifadə qaydalarını açıqlayıb.

“Report” xəbər verir ki, bununla bağlı təlimat təşkilatın rəsmi saytında dərc olunub.

Maskadan nə vaxt istifadə etməli?

1. Əgər sağlamsınızsa, sadəcə koronavirusa yoluxma şübhəsi olan insanın qayğısına qalarkən maskadan istifadə etməlisiniz.

2. Öskürür və ya asqırırsınızsa, maska taxın.

3. Maska taxmaq yalnızca əllərinizi spirt əsaslı məhlulla təmizləyir və ya sabun və su ilə yuyursunuzsa, effektivdir.

4. Əgər maska taxırsınızsa, ondan necə istifadə etməyi və zibilə necə atmağı bilməlisiniz.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 357-yə çatıb. Bunların 85 745 nəfəri sağalıb, 8 870 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  DİGƏR XƏBƏRLƏR