Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölənlərin sayında artım olub.

Oxu.Az xəbər verir ki, dəhşətli xəstəlikdən vəfat edənlərin sayı yeddi nəfər də artaraq 44-ə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsindən açıqlama verib.

Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb.

 

Dr. Fahrettin Koca

@drfahrettinkoca

Kaç kişi? 195 ülkede her gün bu soruluyor. Kayıplar versek de Türkiye için geç değil. Tedbir, artışın önünü kesebilir. SON 24 SAATTE toplam 3.952 test yapıldı. 343 yeni tanı var. 7 hastamızı kaybettik. Biri KOAH hastasıydı. Altısı ileri yaştaydı. Aldığımız tedbir kadar güçlüyüz.

48K people are talking about this

  DİGƏR XƏBƏRLƏR