Yüksək gəlirli daşınmaz əmlakı olan şəhərlərin reytinqi açıqlanıb – TOP-10

“Hurun” tədqiqat institutunun mütəxəssisləri dünyanın müxtəlif şəhərlərində daşınmaz əmlaka yatırılan sərmayənin geri qaytarılmasını araşdırıb. Əmsal hesablanarkən mənzil qiymətinin illik artımı, kirayə rentabelliyi və valyuta dəyişkənliyi kimi amillər nəzərə alınıb.

“APA-Economics”in institutun apardığı araşdırmanın nəticələrinə istinadən verdiyi məlumata görə, “Hurun” araşdırmalar əsasında şəhərlərin reytinqini tərtib edib. Ümumiyyətlə, reytinqdə yer almış 50 şəhərlərdən 10-u ABŞ, 7-si Böyük Britaniya, 5-i isə Kanada şəhərləridir.

Daşınmaz əmlakın yüksək gəlir gətirdiyi şəhərlərin reytinqi:

# Şəhər Gəlirlik, %
1 Sankt-Peterburq (Rusiya) 31,1
2 Hokkaydo (Yaponiya) 24,8
3 Budapeşt (Macarıstan) 23,8
4 Phuket (Tailand) 22,3
5 Ottava-Qatino (Kanada) 20,3
6 Keyptaun (CAR) 19,6
7 Moskva (Rusiya) 18,8
8 Pattaya (Tailand) 18,7
9 Banqkok (Tailand) 18,4
10 Monreal və Hamilton (Kanada) 16,9

  DİGƏR XƏBƏRLƏR