Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilir

Milli Məclisin aprelin 9-u keçirilən iclasının gündəliyinə dəyişiklik olub.

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, gündəliyə Elman Rüstəmovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.

  DİGƏR XƏBƏRLƏR