Koronavirusda artım: Yağış, yoxsa biz günahkarıq? (Professor)

“Koronavirus infeksiyasının sürətlə yayılmasında yağışlı hava heç bir rol oynamır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, insanlar infeksiyanın sürətlə artımına özlərini psixoloji cəhətdən hazırlamalıdr:
“İnfeksiya daha da yayılacaq. Buna psixoloji çəhətdən hazır olmaq lazımıdır. Aprelin ortalarında yayılma pik həddə olacaq. Müəyyən səviyyədən sonra enməyə başlayacaq”.
Adil Qeybulla qeyd edib ki, karantin tədbirləri bu məqsədlə həyata keçirilir: “Amma insanlar qorxmur, həyatlarını təhlükəyə atırlar, evdə oturmurlar. Beləcə  xəstəliyi yayırlar”.
Qeyd edək ki, Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

  DİGƏR XƏBƏRLƏR