Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı

Yoluxucu xəstəliklərdən, o cümlədən koronavirusdan qorunmağın yeganə effektiv üsulu vaksinasiyadır.

Qafqazxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcə İnstitutunun tədqiqat işləri üzrə direktor müavini Aleksandr Qorelov bəyan edib.

Onun sözlərinə görə, bu gün bəşəriyyət tərəfindən buna müvafiq başqa bir şey icad edilməyib.

“Vaksinasiya bəşəriyyətə 25 il həyat bəxş edib”, – epidemioloq vurğulayıb.

Onun sözlərinə görə, dünyada 20-yə yaxın şirkət peyvənd hazırlıqlarına başlayıb. Ancaq koronavirus infeksiyasına həssas olan laboratoriya heyvanlarının olmaması müəyyən çətinliklər yaradır.

  DİGƏR XƏBƏRLƏR