Tramp koronavirusa görə ÜST-ü tənqid etdi

ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı yanlış tövsiyələr verdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) sərt tənqid edib.

Open.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Tvitterdə yazdığı statusunda ÜST-ü Çinə meyilli olmaqda ittiham edib:

“ÜST-ün Fondunu böyük miqyasda ABŞ təmin edir, ancaq o, niyəsə hələ də Çinə tərəfdir. Bu məsələ ilə də maraqlanacağıq. Covid-19 böhranının başlanğıcında ÜST Çindən gələn avia-səfərlərlə bağlı tövsiyələr verirdi. Yaxşı ki, onların Çinlə sərhədləri açıq saxlamaq tövsiyəsini qəbul etmədim. Niyə bizə belə tövsiyə verirdilər ki?”.

Qeyd edək ki, ABŞ-da 386 min 194 nəfər koronavirusa yoluxub, 12 min 246 nəfər isə dünyasını dəyişib.

  DİGƏR XƏBƏRLƏR