ÜST: Son gün ərzində dünyada 76 mindən çox insan koronavirusa yoluxub

Son gün ərzində dünyada koronavirusdan təxminən 5 min nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik informasiya bülletenində bildirilir.

Statistikaya əsasən, son bir gündə virusa yoluxanların sayı daha 76 190 nəfər, ölənlərin sayı 4 826 nəfər artıb.

Virusa ən çox yoluxanlar və ölənlər əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə bir gün ərzində koronavirusa yoluxanların sayı daha 39 139 nəfər artıb, ölənlərin sayı 3 502 nəfər təşkil edib. Bununla da Avropada koronavirusa yoluxanların sayı 542 145 nəfərə, ölənlərin sayı 37 106-a çatıb.

Şimali və Cənubi Amerikada koronavirusa 247 473 nəfər yoluxub, 5 600 nəfər ölüb.

Dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanı olub.

  DİGƏR XƏBƏRLƏR