Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? – RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, – deyə E. Zahidov vurğulayıb.

  DİGƏR XƏBƏRLƏR